RGB rəng sistemi
RGB (Red, Green Blue) rəng sistemi əsasən Manitorda
görüntünün əldə edilməsi üçün istifadə edilir. Bu rəng sistemində istifadə ediləcək
rənglərin əldə edilməsi üçün Qırmızı, Mavi və Yaşıl rənglər qarışdırılır. Hər
üç rəngin tam şəkildə qarışdırılması nəticəsində ağ, heç bir rəngdən istifadə edilmədikdə isə qara rəng əldə edilir. Digər rənglərin əldə olunması üçün isə ana rənglər
(red, green və blue) müxtəlif
miqdarlarda qarışdırılır.
RGB sistemində hər bir əsas rəngin ala biləcəyi minimal qiymət
0, maksimal qiymət isə 255 -ə bərabərdir. Buna uyğun olaraq hər bir əsas rəng
üçün kompüterin yaddaşında 8 bit yer ayrılır. Beləliklə 3 ana rəngin
qarışığından yaranan bir ədəd rəngli nöqtə (piksel) yaddaşda 24 bit (3 bayt)
yer tutur. RGB sisteminin 24 bitlik versiyasında 16,7 milyondan çox rəng əldə
etmək mümkündür.
Onu da qeyd etmək lazımdır ki, RGB rəng sisteninin daha çox
rəng əldə etmək üçün 48 bitlik (hər ana rəng 16 bit) və 96 bitlik (hər ana rəng
32 bit) versiyaları da mövcuddur.
RGB rəng sistemində bəzi rəng kodları aşağıda verilmişdir. Bu rəglərin kodu adətən onaltılıq say sistemində yazılır:
#FF0000 - Red (qırmızı)
#00FF00 - Green (yaşıl)
#0000FF - Blue (mavi)
#FFFFFF - White (ağ)
#000000 - Black (qara)
CMYK rəng sistemi
CMYK (Cyan, Magenta, Yellow, blacK) rəng sisteminindən əsasən
mətbəələrdə çap işlərinin hazırlanması üçün istifadə edilir. Buna görə də hər
bir dizayner keyfiyyətli iş əldə edə bilmək üçün CMYK sistemindən istifadə etməlidir.
CMYK rəng palitrası əsasən Adobe Illustrator və CorelDraw kimi dizayn
proqramlarında istifadə edilir.
Burada ana rənglərin sayı dördə bərabərdir və uyğun olaraq
bu rənglərin müxtəlif faiz nisbətində qarışdırılması yolu ilə digər rənglər əldə
edilir. Hər bir əsas rəng üçün 8 bit yer ayrılır və uyğun olaraq, 4 rəngin birləşməsindən
alınan yeni rəng yaddaşda 32 bir (4 bayt) yer tutur.