15.08.2020

İNFORMATİKA hazırlığı - Abituriyentlər üçün

İnformatika hazırlığı - Müəllim: Sübhan Musayev




Abituriyent hazırlığı (Hibrid)

Dərsin keçirilmə forması: dərslər həftədə 2 dəfə ZOOM proqramı ilə keçirilir. Dərsin müddəti 1,5 saat olur. Şagirdlərin biliyinin qiymətləndirilməsi üçün KAHOOT proqramından istifadə edilərək dərsdə canlı formada testlər işlədilir. Hər ay kursda 2 sınaq keçirilir (Elmlər Akademiyası metrosunun yaxınlığı). Sınaqlar adətən ayın ortası və sonu olur.  Sınağın nəticəsi WhatsApp qrupuna göndərilir.

Bütün dərs materialları (mövzuların video izahı, konsbektlər, testlər) mənim Skool platformasında hazırladığım "informatika kursu: müəllim və abituriyentlər üçün" kursuna yerləşdirilir. Şagirdlər bu kursu əldə edirlər. Bu dərs vəsaitinin ödənişi 12 dollardır, ödəniş kart vasitəsi ilə bir dəfə edilir və materiallardan hər zaman istifadə etmək mümkün olur. Skool -da qeydiyyatdan keçmək haqqında videoya bu keçidlə baxmaq olar.  Əgər şagird Skool hesabına daxil olmaq üçün istifadə etdiyi e-mail ünvanını və parolunu unutsa, Skool -da olan materiallardan istifadə edə bilməyəcək. Ona görə qeydiyyat məlumatları yaddan çıxmamalıdır. Həmçinin şagird Skool-da qeydiyyat zamanı ad, soyadını düzgün daxil etməlidir (Azərbaycan şriftləri ilə).

Valideynlərin öhtəliyi: Sınaqların nəticələrinə nəzarət etmək, şagirdləri daha yaxşı oxumaq üçün həvəsləndirmək. Valideynlər və şagirdlər bilməlidir ki, informatikada mövzuların çoxu riyaziyyat üzərində qurulur. Riyazi bilik aşağı olduqda informatikadan yüksək nəticə əldə etmək çətin olur.

Ödəniş: 100 AZN (aylıq dərs proqramına ümumi 8 ZOOM dərsi və kursda keçirilən 2 sınaq daxildirdaxildir, yəni 4 həftə ərzində 1 aylıq proqram yekunlaşmış olur)

VACİB QEYD: oxumaq istəməyən, dərsin gedişini pozan şagirdlər hazırlıqdan çıxarılır.

 

Ünvan: Yasamal ray., H. Cavid 147 (Elmlər akademiyası metrosunun köhnə çıxışı ilə üzbəüz, KoçƏt restoranı olan binanın 2-ci mərtəbəsi)

________________________

Ətraflı məlumat üçün

WhatsApp: 070 867 83 84


2024 -cü ildə imtahan verən və 600+ nəticə toplayan şagirdlər:





2025 -ci ildə imtahan verən və 600+ nəticə toplayan şagirdlər (Müşfiq Əlili I qrup üzrə Ölkə birincisidir):






Hiç yorum yok:

Yorum Gönder