14.08.2020

Süni İntellekt (Artificial Intelligence) sistemləri və tətbiq sahələri

Süni İntellekt sistemləri və tətbiq sahələr

Robotlar və Robotitexnika

  • Robotlar müxtəlif formada hərəkət etməklə verilmiş tapşırıqları yerinə yetirən qurğulardır. Bu qurğuları öyrənən sahə isə robototexnika (robotics) adlanır.
  • Robotlar əsasən 3 kateqoriyaya ayrılır:
    • Robot manipulyatorlar – bərkidildiyi yerdə qalmaqla müəyyən işlər görən robotlardır.
    • Mobil robotlar – ayaq, təkər kimi vasitələrlə yerlərini dəyişə bilirlər.
    • Humanoid robotlar – fiziki olaraq insana bənzəyən robotlardır.

 

Boston Dynamics -in insanabənzər Atlas adlı robotu


Boston Dynamics -in Spot adlı mobil robotu

Sophia adlı insanabənzər robot


_________________________________


Süni intellekt (artificial intelligence)

  • Süni intellekt anlayışını insan zəkasının oxşarının kompüterdə yaradılması kimi başa düşmək olar. Başqa sözlə süni intellektə malik olan qurğular düşüməbilən, qarşıya çıxan problemi analiz edərək çıxış yolu tapan qurğulardır.
  • Hazırda istifadə edilən kompüterlər və mövcud robotların çoxu insanın verdiyi əmrləri icra edir. Belə qurğularda süni intellekt yoxdur.
  • Süni intellekt sahəsinə şahmat oynayan proqramları, ekspert sistemləri aid etmək olar.


Süni intellektin istiqamətləri

  • Biliklərə əsaslanan sistemlər – süni intellektin əsas tədqiqat sahəsidir, ekspert sistemlərin özəyini təşkil edir;
  • Süni intellekt üçün proqram mühəndisliyi – intellektual məsələlərin həlli üçün xüsusi proqramlaşdırma dillərinin (LISP, Prolog), tətbiqi proqramların yaradılması;
  • Təbii dilin emalı – nitqin və ya yazının kompüter tərəfindən tanınması, emal edilməsi. Nitqin kompüter tərəfindən başa düşülməsi insan-kompüter «ünsiyyətini» təkmilləşdirir.
  • Maşın tərcüməsi – kompüter tərəfindən tərcümə;
  • Obrazların tanınması – görüntü və ya səsin kompüter tərəfindən tanınması. Bu məqsədlə kompüter skaner, videokamera, mikrafon kimi qurğularla informasiyanı qəbul edir
  • Robotexnika – robotların yaradılması və öyrədilməsi;
  • Yeni aparat təminatı platformaları və arxitekturaları - ənənəvi Fon Neyman arxitekturasından daha üstün avadanlıqların yaradılması (kuantum kompüterləri);
  • Oyunlar və maşın yaradıcılığı – kompüter tərəfindən oyunların, incəsənət nümunələrinin (şeir, nağıl kimi) yaradılması;
  • Maşın təlimi və ya öyrənməsi (machine learning) – verilənlərin toplanması, ümumiləşdirilməsi və analizini təmin edən metod və alqoritimlər. Süni intellektin vacib istiqamətlərindən biridir. Bu sahədə özügedən avtomobillərin yaradılmasını qeyd etmək olar. Verilənlərin intellektual analizi və biliklərin aşkarlanması istiqamətləri maşın öyrənməsində xüsusi əhəmiyyət daşıyır.

_______________________________

Türinq sınağı (Turing test)

Türinq sınağının (və ya imitasiya oyununun) məqsədi süni intellekt əsasında yaradılmış qurğunun zəkasının insan zəkasına uyğunluğunun yoxlanmasıdır.

Testin gedişi: test iştirakçısı kompüter və insana müxtəlif (onları görmədən) suallar ünvanlayır və aldığı cavablara əsasən cavab verənlərdən hansının insan, hansının qurğu olduğunu müəyyən etməyə çalışır. Əgər bu test nəticəsində insanla kompüteri fərqləndirmək mümkün olmazsa, qurğunu intellektual hesab etmək olar.

 _____________________________

İnsan və qurğunun bir birindən fərqləndirilməsi

Bir çox saytlarda sayta daxil olanın insan və ya kompüter olduğunu müəyyən etmək üçün müxtəlif testlərdən istifadə edilir.

CAPTCHA (Completely Automated Public Turing test to tell Computers and Humans Apart)


 ______________________________

Ekspert sistemlər

  • Hər hansı sahə üzrə dərin biliklərə malik olan, məntiqi mühakimə yürüdə bilən şəxslərə mütəxəssis və ya ekspert deyilir.
  • Tətbiq olunduğu sahə üzrə problemləri həll edəm, tövsiyyələr verən, qərarlar qəbul edən sistemlərə ekspert sistemlər deyilir.
  • Ekspert sistemlər biliklər bazası və məntiqi nəticəçıxarma mexanizminin qarşılıqlı əlaqəsi şəklində işləyir:
    • Biliklər bazası – mövzuya aid faktlar və qaydalardır;
    • Məntiqi nəticəçıxarma mexanizmi – faktlara əsasən nəticənin əldə edilməsidir.
  • Ekspert sistemlər faktlara əsasən çıxardığı nəticələri izah edə bilir. Bu izah açıqlama modulu vasitəsi ilə yaradılır.

_____________________________

Süni intellektlərin yaradılması üçün dillər

  • Prolog (Programming in Logic) – 1972-ci ildə yaradılan məntiqi proqrama dilidir. Proqramın vacib tərəflərindən biri geridönmələrlə izləmə (backtracing) xüsusiyyətidir – səhvlər baş verdikdə geri qayıdıb başqa həll axtarma xüsusiyyəti;
  • LISP (List Processing) – süni intellek və maşın öyrənməsi sistemlərində istifadə edilən dildir. MuLISP, interLISP, Common LISP, MacLISP kimi versiyaları mövcuddur.
  • Süni intellekt sistemlərinin yaradılması üçün CLIPS, Python, Java kimi dillər də çox istifadə edilir.

__________________________


QEYD: materialın hazırlanması zamanı əsasən orta məktəb İnformatika dərsliklərindən istifadə edilmişdir.

Hiç yorum yok: