13.08.2020

Modelləşdirmə, QRAF informasiya modeli

 Modelləşdirmə anlayışı, Qraf informasiya modeli

Model anlayışı:

  • Obyektərin sadələşdirilmiş bənzəri model adlanır (heykəl, oyuncaq avtomobil, qlobus və s.).
  • Modelin yaradılması prosesi modelləşdirmə adlanır.
  • Modeli yaradılan obyektin özünə orijinal və ya prototip deyilir.
  • Real obyektlərin qruluşunu, görünüşünü, xassələrini əks etdirən, bəzi hallarda fərziyyələr əsasında yaradılan modellərə nəzəri model deyilir.
  • Modelin orijinal obyektə uyğunluq dərəcəsi onun adekvatlığı adlanır.



Maddi model obyektlərin xarici görünüşünü əks etdirir (onun fiziki oxşarıdır).

 

 

İnformasiya modeli obyektin xassələrinin təsviridir.


İnformasiya modelinin növləri:


Modellərin istifadə sahəsinə görə təsnifatı:

  • Tədris modeli – tədris prosesində istifadə üçün (Qlobus);
  • Təcrübi model – model obyektin özündən əvvəl də təcrübə məqsədi ilə yaradıla bilər (məsələn sınaq üçün əvvəlcə gəminin kiçik modeli yaradıla bilər);
  • Elmi-texniki model – proses və hadisələri tədqiq etmək, araşdırmaq üçün;
  • Oyun və imitasiya modeli ...


Modellərin zamandan asılılığına görə təsnifatı:

  • Statik model – zamandan asılı olaraq baxılan anda dəyişmir;
  • Dinamik model – zamandan asılı olaraq dəyişkəndir.


Formal informasiya modeli:

  • Müxtəlif fəaliyyət sahələri üçün yaradılmış dillərə formal dillər deyilir. Proqramlaşdırma dilləri, musiqi notları, riyazi işarələr formal dillərə misal ola bilər.
  • Formal dillər vasitəsi ilə qurulan informasiya modellərinə formal informasiya modeli deyilir.
  • Formal dillər ilə informasiya modelinin qrulması prosesi formallaşdırma adlanır.



Kompüter modeli:

  • Kompüter texnologiyaları ilə modellərin yaradılması kompüter modelləşdirməsi adlanır.
  • Kompüter modelləri müxtəlif proqramlar vasitəsi ilə hazırlanır (məs: Word, CorelDrow və s.)


Kompüter modelinin hazırlanma mərhələləri:

  • Təsviri informasiya modelinin qurulması – obyektin əhəmiyyətli xassələrinin seçilməsi;
  • Formallaşdırılmış modelin qurulması – informasiya modeli hər hansı formal dildə yazılır (məsələn riyazi dildə);
  • Kompüter modelinin qurulması – məsələn proqramlaşdırma dilində modelin yazılması;
  • Kompüter eksperimentinin aparılamsı – hazır olan model üzərində əməliyyat aparmaq;
  • Alınmış nəticələrin təhlili və tədqiqat modelinin təkmilləşdirilməsi – alınmış nəticələr təhlil edilir, qarşıya çıxan problemlər (səhvliklər və ya qeyri-dəqiq məlumatlar) aradan qaldırılır


İnteraktiv kompüter modeli:

  • İnsanla qarşılıqlı əlaqə qura bilən qurğulara (və ya proqramlara) interaktiv qurğular (və ya proqramlar) demək olar. Konkret olaraq hansı kurğu və proqramların interaktiv olduğunu təyin etmək mümkün deyil, yəni dəqiq bir sərhəd yoxdur.
  • Kompüterlər interaktiv qurğu hesab edilir.


QRAF

QRAF informasiya modeli:

  • Öz aralarında ixtiyari formada birləşmiş müəyyən sayda obyektlərdən (elementlərdən) ibarət olan struktura qraf (və ya şəbəkə) deyilir.
  • Qrafı təşkil edən obyektlər təpə, bu obyektləri birləşdirən xətlər isə til adlanır.