14.08.2020

İnformasiya Cəmiyyəti

 İnformasiya Cəmiyyəti

İnformasiya cəmiyyəti nədir?

İnformasiya cəmiyyətinin nə olması iki müxtəlif formada yanaşmaq olar:

  1. Böyük həcmdə və yüksək keyfiyyətli informasiyanın dövr etdiyi cəmiyyət informasiya cəmiyyəti adlanır (yaponiyalı alimlərin yanaşması).
  2. Cəmiyyət üzvlərinin əksəriyyəti informasiyanın istehsalı (yaradılması və ya toplanması), saxlanılması, emalı və istifadəsi ilə məşğuldursa, belə cəmiyyət informasiya cəmiyyəti adlanır (sosioloji yanaşma).

İnformasiya cəmiyyətinə keçid informasiyanın emalı ilə bağlı müasir texnologiyaların yaranması ilə başlamışdır. Bu proses informasiyalaşdırma adlanır.

Cəmiyyətin informasiyalaşdırılması – cəmiyyət üzvlərinin hər birinə lazım olan informasiyanı əldə etmə imkanı verir.



İnformasiya cəmiyyətinin inkişaf mərhələləri

Tarix boyu informasiya cəmiyyətnin inkişafına ciddi təkan verən müxtəlif hadisələr – informasiya inqilabları baş vermişdir (yazının meydana gəlməsi, kitab çapının kəşvi, elektrik enerjisinin kəşfi, mikroprosessorların ixtirası ilə kompüterlərin geniş yayılması).


İnformasiya cəmiyyətinin xarakterik cəhətləri

  • İnformasiyanın həcmi çox artığına görə, informasiyanın emalı üçün xüsusi texnologiyalardan istifadə edilir;
  • Kompüterlər, şəbəkələr, digər informasiya texnologiyaları sürətlə inkişaf edir;
  • Dəyərlər və asudə vaxtlarda məşğuliyyət dəyişir;
  • Evlərdə müxtəlif ağıllı qurğular yerləşdirilir, ağıllı evlər meydana gəlir;
  • Enerji və maddi məhsul istehsalını maşınlar təmin edir, insanlar isə əsasən informasiya eməlı ilə məşğul olur;
  • Fasiləsiz təhsil sistemi yaranır (davamlı oxumaq, öyrənmək);
  • Xüsusi proqramlar və telekomnikasiya sistemləri ilə evdən təhsil almaq mümkün olur;
  • İnformasiya xidmətləri bazarı yaranır və inkişaf edir (informasiya alqı-satqısı) ...



İnformasiya mədəniyyəti

İnformasiya mədəniyyəti dedikdə informasiya ilə məqsədyönlü işləmə, informasiyanı əldə etmə, emal etmə və saxlama, kompüter texnologiyalarından istifadə bacarığı nəzərdə tutulur.

İnformasiya mədəniyyətinin əsas göstəriciləri:

  • Telefon, kompüter kimi qurğularla, şəbəkələr və şəbəkəyə qoşulan avadanlıqlarla (məs: printer) işləmə bacarığı;
  • İnformasiya texnologiyalarını öyrənmə bacarığı (məs: ofis proqramlarını);
  • Elektor və yazılı mənbələrdən informasiya almaq bacarığı;
  • İnformasiyanı anlaşıqlı təqdim etmək və informasiyadan istifadə edə bilmək;
  • İnformasiyanın emalının müxtəlif üsullarını bilmək;
  • Müxtəlif növ informasiya ilə işləmək bacarığı ...

 


Kompüter savadlılığı

Kompüter savadlılığı – kompüter və ən çox istifadə edilən proqramlarla, həmçinin öz sahəsinə aid qurğu və proqramlarla işləmə bacarığıdır.

Kompüter savadlılığının güstəriciləri arasında kominikasiya vasitələrindən istifadə bacarığı xüsusi yer tutur: elektron yazışmalar (e-mail), informasiya əldə etmə bacarığı, hüquqi və etik normaları bilmək, ...

ECDL sertifikatı (European Computer Driving Licence – Avropa kompüter istifadə lisenziyası) – Avropa və ABŞ-da geniş yayılmış bu sertifikat kompüter biliklərini təsdiqləyir.



İnternetdə ünsiyyət

  • İnternet xidmətləri – işternet şəbəkəsi vasitəsi ilə göstərilən xidmətlərdir. Bu xidmətləri iki qrupa bölmək olar:
    • İnformasiya xidmətləri – müxtəlif məlumatların verilməsi (məs: wikipedia)
    • Kominikasiya xidmətləri – ünsiyyətin təşkili (e-mail, çat, telekonferans, ...)
  • Chat – onlayn (online) rejimdə ünsiyyət qurmağa imkan verən kominikasiya xidmətdir. Ani informasiya mübadiləsini təmin edir. Onlayn və oflayn rejimlər «həmin anda» əlaqənin yaranmasına görə bir-birindən fərqlənir;
  • Gap otaqları – real zaman anında ünsiyyəti təmin edir. Bu «otaq»larda iştirakçılar bir-birlərinin kompüterlərindəki mətnləri görə bilirlər;
  • İnternet-telefoniya – internetdə səs siqnallarının (danışığın) ötürülmə texnologiyasıdır;
  • İnternetdə ünsiyyət etikası – adi həyatda olan etik qaydaların alternativi;
  • E-mail (elektron poçt) – şəxi və ya işgüzar yazışmalar üçün istifadə edilən internet xidmətidir. Mətnlərədən başqa qoşma fayllar göndərmə imkanına malikdir;



Telekonfrans

  • Telekonfrans – hər hansı mövzu ətrafında diskusiya aparmaq üçün nəzərdə tutulmuş səsli və görüntülü ünsiyyət vasitəsidir;
  • Telekonfrans təşkil etmək üçün vasitələr: Zoom, Cisco TelePresence, Google Hangouts, Skype, GoTuMeeting, TrueConf, Microsoft Teams, ...
  • Telekonferans vasitələrindən təhsil sistemində də gemiş istifadə olunur.



Elektron Hökumət

  • “Elektron Hökumət” (e-Government)- müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.
  • Elektron hökumət vasitəsi ilə elektron xidmətlər https://www.e-gov.az/ saytı vasitəsilə həyata keçirilir.
  • Elektron hökumət daxilinda münasibətlərin 3 modeli var:
    • G2C (government-to-citizen) –  hökumət və vətəndaşların qarşılıqlı əlaqəsi;
    • G2B (government-to-business) – hökumət və biznesin qarşılıqlı əlaqəsi;
    • G2G (government-to-government) – hökumətin müxtəlif qollarının və hökumətin dövlət qulluqçuları ilə qarşılıqlı əlaqəsi



Elektron təhsil

  • Elektron təhsil (e-təhsil) – internet şəbəkəsindən istifadə edərək müstəqil öyrənmə sistemidir. Bu sistemdə zaman və məkan məhdudiyyəti yoxdur.
  • Müstəqil öyrənmə və Ömürboyu öyrənmə - müasir dövrdə daim yenilənən texnologiyalar davamlı öyrənmə tələb edir. Həmçinin yeni dünyada uğur qazanmaq istəyən hər kəs müstəqil öyrənməni də bacarmalıdır.
  • Elektron dərslik – müəyyən proqramlar vasitəsi ilə istifadə edilə bilən elektron dərs vəsaitidir (məs: http://e-derslik.edu.az/, https://e-resurs.edu.az/ ).
  • Distant təhsil (uzaqdan təhsil) – təhsilverənlərlə təhsilalanların bir məkanda olmadan əlaqəsini təmin edən sistemdir. Ənənəvi təhsildən əsas fərqi evdən təhsilalma və ya təhsilvermə xüsusiyyətinin olmasıdır.



E-kitabxana

  • E-kitabxana (elektron kitabxana, rəqəmsal kitabxana və ya virtual kitabxana)– rəqəmsal kitabların (e-kitab yaxud elektron kitab) saxlandığı sistemlərdir.
  • E-kitablar kağız daşıyıcılarda yox rəqəmsal daşıyıcılarda (yaddaş qurğularında) yerləşir. Belə kitablara əlçatanlıq internet vasitəsi ilə də təmin edilir.
  • Elektron kitablar daha çox .doc, .docx, .txt, .fb2, kimi mətn formatlarında və ya .pdf, .DjVu kimi qrafik formatlarda saxlanılır.
  • e-book (e-kitab) kompüterləri – kitab oxumaq üçün nəzərdə tutulmuş planşetlərdir. Ekran işiq saçmadığı üçün gözü yormur, məlumatlar elektron kağızda əks olunur.

e-book



Elektron səsvermə və e-ticarət

İnternetdən istifadə edərək keçirilən səsvermə elektron səsvermə adlanır. Bu texnologiya bəzi ölkələrdə referendum, bələdiyyə seçkiləri və digər seçkilər zamanı istifadə edilir.

Elektron ticarət (e-ticarət) – internet vasitəsi ilə məhsul və xidmətlərin alqı-satqısıdır. Adətən bu zaman alınan məhsulun və ya xidmətin dəyəti də elektron şəkildə ödənilir.

Məşhur e-ticarət saytları: amazom, ebay, alibaba, Tesco, ...

 

_______________________________

QEYD: materialın hazırlanması zamanı əsasən orta məktəb İnformatika dərsliklərindən istifadə edilmişdir.


Hiç yorum yok: