Mətn hissəsinin seçilməsi
Word proqramında mətinlərlə işləmək
üçün əvvəlcə mətni seçmək lazımdır, daha sonra isə seçilmiş həmin mətn hissəsi
və ya mətn üzərində müxtəlif əməliyyatlar (silmək, rəngini və ya formatını dəyişmək
və s.) aparmaq olar. Buna görə də Lent başlıqları və onların əmrləri barədə
danışmazdan əvvəl mətn hissələrinin seçilməsi qaydalarına baxmağımız daha məqsədəuyğundur.
Mətinin seçilmiş hissəsinə fraqment və
ya mətn fraqmenti deyilir. Cari mətini
və ya onun müəyyən hissəsini seçmək üçün aşağıdakı kimi bir sıra üsullardan
istifadə edilir:
Mətn hissəsinin maus vasitəsi ilə seçilməsi – mausun göstəricisi mətnin hər hansı hissəsinə gətirilir və sol düymə basılı vəziyyətdə sürüşdürülür. Bu qayda ilə tək bir simvol, bir söz və ya mətnin müəyyən hissəsi, hətta bütün mətn seçilə bilər.
Mausla sözün seçilməsi – mausla hər hansı sözün üzərində ikiqat bassaq həmin söz seçilmiş olar.
Mausla sətri seçmək – bunun üçün sətrin
sol tərəfində boş yerdə (yazı sərhədindən kənarda) mausun sol düyməsini
bir dəfə sıxmaq kifayətdir.Mətn hissəsinin maus vasitəsi ilə seçilməsi – mausun göstəricisi mətnin hər hansı hissəsinə gətirilir və sol düymə basılı vəziyyətdə sürüşdürülür. Bu qayda ilə tək bir simvol, bir söz və ya mətnin müəyyən hissəsi, hətta bütün mətn seçilə bilər.
Mausla sözün seçilməsi – mausla hər hansı sözün üzərində ikiqat bassaq həmin söz seçilmiş olar.
Mausla mətni sətirbəsətir seçmək – mausun sol düyməsi hər hansı sətrin sol tərəfində sıxılır, daha sonra isə bu vəziyyətdə maus yuxarı və ya aşağı hərəkət etdirilir.
Mausla cümləni seçmək – Ctrl düyməsi basılı vəziyyətdə saxlanılaraq mausun sol düyməsi ilə cümlə üzərində bir dəfə vurulur.
Abzası seçmək – abzasın solundakı boş yerdə mausun sol düyməsi ikiqat sıxılır.
Mətnin müəyyən hissəsini seçmək – seçilməli olan hissənin əvvəlində mausun sol düyməsi bir dəfə sıxılır, beləliklə kursor seçiləcək hissənin əvvəlində yerləşmiş olur. Bundan sonra klaviaturadan Shift düyməsi basılı vəziyyətdə olmaqla mausun sol düyməsi seçiləcək hissənin sonunda sıxılır. Nəticədə kursorun olduğu yerdən mausun son sıxıldığı yerə qədər olan sahə seçilir.
Bütün sənədi seçmək
– mətnin sol tərəfindəki boşluqda maus üçqat sıxılır (bunu klaviaturadan Ctrl+A əmri ilə də etmək olar). Əgər Ctrl düyməsini basılı tutaraq mətnin
sol kənarında mausun sol düyməsi sıxılarsa yenə də bütün mətn seçilmiş olacaq.
Mətn hissəsini
klaviatura qısayolları vasitəsi ilə aşağıdakı kimi seçmək olar:
Shift+Ctrl+ → / Shift+Ctrl+ ← - kusordan sağa/sola bir söz seçilir;
Shift+↑ - cari sətrin kursordan sol hissəsi, üstdəki sətrin isə kursordan sağ hissəsi seçilir;
Shift+↓ - cari sətrin kursordan sağ hissəsi, altdakı sətrin isə kursordan sol hissəsi seçilir;
Shift+End / Shft+Home – kursordan sətrin sonuna/əvvəlinə qədər seçilir;
Shift+Ctrl+End / Shift+Ctrl+Home – kursordan sənədin axırına/əvvəlinə qədər seçilir;
Shift+Ctrl+↓ - abzaslar üzrə mətn aşağıya doğru seçir;
Shift+Ctrl+↑ - abzaslar üzrə mətni yuxarıya doğru seçir;
Shift+Alt+↓ - seçilmiş abzası bir mövqe aşağıya aparır;
Shift+Alt+↑ - seçilmiş abzası bir mövqe yuxarıya aparır;
Ctrl+A – bütün sənədi seçilir;
F8 düyməsinin müxtəlif sayda sıxılması nəticəsində aşağıdakı kimi seçimlər baş verir:
§
F8 düyməsi
2 dəfə sıxılır – kursorun olduğu söz seçilir;
§
F8 düyməsi
3 dəfə sıxılır – kursorun olduğu cümlə seçilir;
§
F8 düyməsi
4 dəfə sıxılır – kursorun olduğu abzas sıxılır;
§
F8 düyməsi
5 dəfə sıxılır – bütün mətn seçilir.
Ümumiyyətlə mətnin bir birindən
ayrı müxtəlif hissələrini seçmək üçün isə Ctrl
düyməsindən istifadə edilir, belə ki, mətnin müəyyən hissəsi seçildikdən sonra Ctrl düyməsi sıxılaraq digər hissələr də
maus vasitəsi ilə seçilə bilər.
Mətn fraqmentinin silinməsi də mətnlərlə
işləyən zaman icra edilən ən vacib əməliyyatlardan biridir. Kursordan soldakı
simvolun silinməsi üçün Backspace
düyməsindən, kursordan sağdakı simvolun silinməsi üçün isə Delete düyməsindən istifadə edilir. Mətnin müəyyən hissəsi
seçildikdən sonra bu iki düymədən hər hansı birinin sıxılması seçilmiş hissənin
silinməsinə səbəb olacaq. Ctrl+
Backspace əmri kursordan soldakı, Ctrl+
Delete əmri isə kursordan sağdakı bir sözü silmək üçün istifadə edilə bilər.
Mətn üzərində simvollar boyunca hərəkət
etmək üçün oxlardan (←↑→↓), bir söz qədər sağa və ya sola hərəkət etmək üçün Ctrl+← / Ctrl+→ kombinasiyalarından
istifadə edilir. Kursorun sətrin sonuna və ya əvvəlinə yerini dəyişmək üçün
uyğun olaraq End / Home düymələri
sıxılmalıdır. Ctrl+Home / Ctrl+End əmrləri
kursoru mətnin (sənədin) əvvəlinə / sonuna aparır. Page Up / Page Down düymələri isə bir ekran boyu yuxarı / aşağı hərəkəti
təmin edir. Son iki düymədən sənədin oxunması zamanı istifadə etmək daha əlverişlidir.
Əgər Ctrl+PageUp və ya Ctrl+PageDown düymələr
kombinasiyasından istifadə etsək kursor əvvəlki və ya sonrakı səhifənin başına
yerini dəyişəcək. Shift+F5
kombinasiyasından isə kursorun olduğu hissəyə keçmək üçün istifadə edilə bilər.
Ctrl+↑/↓ əmri kursoru növbəti (əvvəlki və ya sonrakı) abzasın önünə
aparır. Bu kombinasiyalardan istifadə etməklə mətn üzərində abzas-abzas gəzmək
olar.
Mövzu ilə bağlı Video Dərsi izləmək üçün BURA klikləyin.
Mövzu ilə bağlı Video Dərsi izləmək üçün BURA klikləyin.
Qeyd: Yuxarıdakı mövzu İNFORMATİKA + Video Dərslər kitabından götürülmüşdür.