Elektron sənəd, Elektron imza və Elektron hökumət
Qeyd: bu məqalə Dövlət Qulluğu imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuşdur.
Elektron
sənəd — informasiya sistemində istifadə üçün
elektron formada təqdim edilən və elektron
imza ilə təsdiq olunmuş sənəddir.
Hər hansı bir faylı elektron sənəd
adlandırmaq üçün bu fayl e-imza ilə kodlaşdırılmalıdır. Elektron sənəddə dəyişiklik
etməyə icazə verilmir. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi
yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya
mübadiləsi aparıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin
notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar
istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və
onunla eyni hüquqi qüvvəyə malikdir.
Elektron
sənəd dövriyyəsi - informasiya sistemində
elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya proseslərini nəzərdə
tutur. Elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr
və texnologiyalar isə elektron sənəd dövriyyəsi vasitələri hesab olunur. (MƏNBƏ: https://az.wikipedia.org/wiki/Elektron_s%C9%99n%C9%99d )
Elektron
imza Elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə
vasitəsidir. Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl
imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin
və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.
Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən,
elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı
göndərəni təyin edən bir ədədi koddur (ƏTRAFLI: http://www.e-imza.az/az/about).
Bu gün
elektron hökumətin əsas atributlarından sayılan elektron imza Azərbaycanda
da uğurla tətbiq edilməkdədir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edildikdən sonra “elektron imza”nın reallaşdırılması
mərkəzi icra orqanı kimi Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinə tapşırıldı.
Bu Fərmandan irəli gələrək hazırda fəaliyyət
göstərən Sertifikat Xidmətləri Mərkəzinin əsas vəzifəsi Ali SXM kimi digər
SXM-lərə nəzarət funksiyasını həyata keçirmək, onların Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərdiyini, düzgün proqram
təminatından istifadə etməsini və s. yoxlamaqdan ibarətdir. 2011-ci ilin
sentyabr ayından rəsmi olaraq fəliyyətə başlayan Mərkəz əhalinin müxtəlif təbəqələrinə,
yəni adi vətəndaşlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki
şəxslərə, həmçinin dövlət qulluqçularına xidmət göstərir. Elektron imza xidmətlərini
operativ şəkildə təmin etmək məqsədilə Bakı şəhərinin əsas mərkəzi poçt şöbələri
və filiallarında, həmçinin ölkənin regionlarındakı poçt şöbələrində Qeydiyyat Mərkəzləri
təşkil olunmuşdur.
Vətəndaşlara operativ şəkildə elektron
imza xidmətlərini təşkil etmək, həmçinin onları maraqlandıran sualları
cavablandırmaq məqsədilə Mərkəzin mütəxəssisləri tərəfindən www.e-imza.az saytı
hazırlanmışdır. Sayt vasitəsilə vətəndaşlar Mərkəzin fəaliyyəti ilə yanaşı,
elektron imzadan istifadə qaydaları, müxtəlif təlimatlar, öz sertifikatları
haqqında ətraflı məlumat əldə edə bilərlər (MƏNBƏ: https://www.e-gov.az/az/content/read/5 ).
Elektron
hökumət - hər hansı bir ölkənin dövlət
strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi
deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat
idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət
etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron
rabitə vasitəsilə müraciət edə bilər. (MƏNBƏ: https://az.wikipedia.org/wiki/Elektron_h%C3%B6kum%C9%99t ).
Son illər inkişaf etmiş ölkələrdə
demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron Hökumət”in
(ingilis dilində e-Government) formalaşdırılması hesab edilir.
“Elektron Hökumət” - müasir informasiya
texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan
Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə,
xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin
göstərilməsininə şərait yaradır.
Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında
dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin,
bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən
elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması,
vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir.
Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının
daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan
və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi
“Elektron Hökumət” portalı tətbiq edilir.
Ölkəmizdə “Elektron Hökumət”in
formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının
(Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının
elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23
may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyəti üçün
hüquqi baza yaradılmışdır.
Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq
“Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət
göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir.
Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi
yaradılmışdır, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya
mübadiləsini təmin edən infrastruktur qurulmuşdur, “Elektron Hökumət” portalı
hazırlanaraq istifadəyə verilmişdir. Bütün dövlət qurumları bunlardan bəhrələnərək
vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.
“Elektron
Hökumət”in əsas fəaliyyət prinsipləri:
1.
Azərbaycan
Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;
2.
İnformasiyalaşdırma sahəsində
dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;
3.
İstifadəçilərə təqdim
olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin,
mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin
olunması;
4.
Dövlət qurumları
arasında səlahiyyət və məsuliyyət bölgüsü.
“Elektron
Hökumət”in əhəmiyyəti:
1.
Dövlət idarəçiliyində
müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin
səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi;
2.
Dövlət qurumlarının və
yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim
olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
3.
İstifadəçilərə dövlət
qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və
yerinə yetirilmə prosedurlarının sadələşdirilməsi;
4.
Elektron xidmətlər vasitəsilə
istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının
və sərbəst əldə olunmasının təmin edilməsi;
5.
İstifadəçinin sorğusuna əsasən
məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum
azaldılması;
6.
İstifadəçinin yerləşdiyi
coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan
elektron xidmətlərdən istifadənin mümkünlüyü.
“Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların
imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən
istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni
formada təqdim edilməsinə xidmət edir. (MƏNBƏ: https://www.e-gov.az/az/content/read/2 )
Hiç yorum yok:
Yorum Gönder