4.01.2017

İlk istehsal edilən fərdi kompüterlər, printerin çap sürəti


Printerin çap sürəti

Magistraturaya hazırlaşan zaman həll etdiyimiz bir çox məsələlərdə printerin çap sürəti Kb/san ilə verilir. Lakin müasir dövrdə istifadə etdiyimiz printerlərdə belə bir sürət anlayışı yoxdur. Printerlərin çap sürəti bir dəqiqə ərzində çap edilə bilən səhifələrin sayı ilə (PPMPage Per Minute) ölçülür. Bundan əlavə printerin digər bir keyfiyyət göstərici onun çap keyfiyyəti ilə bağlıdır. Bu kəmiyyət isə inch başına düşən nöqtələrin sayı ilə (DPIDots per Inch) müəyyən edilir.


İlk kütləvi istehsal edilən fərdi kompüterlər

1976 –cı ildə Apple şirkətinin qurucuları Steve Jobs və Steve Wozniak Apple I adlı fərdi kompüter hazırladılar, lakin bu kompüter sadəcə 200 ədəd istehsal edildi və texniki göstəricilər çox zəif idi. 1977 –ci ildən etibarən isə istehsal edilməyə başlayan Apple II kompüterləri həmin dövr üçün kifayət qədər güclü göstəricilərə malik idi. 
Apple II
Apple II kompüterləri 2 milyondan çox istehsal edilmiş və satılmışdı. Ona görə də fərdi kompüterlərin kütləvi istehsalı Apple II kompüterlərinin adı ilə bağlıdır.
1981 –ci il 12 avqust tarixində isə IBM firması IBM PC 5150 markalı fərdi kompüterin təqdimatını keçirdi. Bu fərdi kompüterlər qısa müddət ərzində şöhrət qazandı və sürətli şəkildə satışlar artdı.
IBM PC 5150