DPI (Dots Per Inch – inchdəki nöqtə sayı)
Müasir printerlərin çap keyfiyyəti DPI ilə ölçülür. Bu ölçü
vahidi 1 inch-də yerləşən nöqtələrin sayı ilə təyin edilir. Hazırda A4 vərəq
üçün nəzərdə tutulan printerlərin çap keyfiyyəti adətən 300 DPI, 600 DPI və ya
1200 DPI olur. Aydın məsələdir ki, 1 inch-də yerləşən nöqtələrin sayı nə qədər
çox olarsa, printerin də çap etdiyi yazılar, şəkillər bir o qədər keyfiyyətli
görünər. Aşağıdakı şəkildə A4 vərəq çapı üçün nəzərdə tutulmuş printerin çap
keyfiyyəti, çap sürəti (PPM) və s. göstəriciləri verilmişdir:
PPM (Pages Per Minute – dəqiqədəki vərəq sayı)
Printerlərin digər vacib göstəricilərindən biri də çap sürətidir.
Printerin çap sürəti onun bir dəqiqə ərzində çap edə bildiyi vərəqlərin sayı ilə
təyin olur. A4 vərəqlərin çapı üçün nəzərdə tutulan müasir ağ-qara lazer
printerlərinın çap sürəti 15 -25 PPM arasında dəyişir. Adətən rəngli printerlərin
sürəti daha az olur. Rəngli printerlərdə təsvirin yaradılması üçün maye şəklindəki
boyalardan, ağ -qara printerlərdə isə tonerdən (mürəkkəb tozu) istifadə edilir
və təsvir çox kiçik toner dənəciklərinin vərəqə hopdurulması yolu ilə əldə
edilir.
LPI (Lines Per Inch – inch-dəki xətt sayı)
Dicitayzerin (qrafiki planşet) keyfiyyət göstəricisi LPI ilə ölçülür. Xətlərin sıxlığının çox olması daha ketfiyyətli şəkillərin çəkilməsinə imkan verir.
PPI (Pixels Per Inch – inch-dəki piksel sayı)
Kompüter, televiziya, telefon kimi qurğuların monitorunun
keyfiyyətini, həmçinin rəqəmsal fotokameraların, skanerlərin keyfiyyətini ölçmək
üçün PPI -dən istifadə edilir. Bir inch-də yerləşən ekran nöqtələrinin (piksellərin)
sayı nə qədər çox olarsa monitorda görüntü bir o qədər keyfiyyətli alınır.
Müasir fotokameraların da əsas keyfiyyət göstəricisi hesab edilən PPI əvəzinə
çox vaxt sadəcə piksel terminindən istifadə edilir. Təbii ki, bu zaman nəzərdə
tutulan anlayış PPI anlayışı ilə eynidir.
Qeyd: 1 inch = 2,54 sm
Göstərici | Qurğular |
---|---|
PPI (Dots Per Inch – inchdəki nöqtə sayı) | Monitor, Veb-kamera, Kompüterin yaddaşındakı təsvir |
DPI (Dots Per Inch – inchdəki nöqtə sayı) | Printer, Skaner üçün çapın keyfiyyətini təmin edir |
PPM (Pages Per Minute – dəqiqədəki vərəq sayı) | Printer, skaner üçün çapın sürətini təyin edir |
LPI (Lines Per Inch – inch-dəki xətt sayı) | Dicitayzer (qrafiki planşet) üçün keyfiyyət göstəricisi |