14.08.2020

İnformasiya sistemləri və onun elementləri

 İnformasiya sistemləri

Sistem anlayışı:

  • Sistem dedikdə bütöv bir obyekti əmələ gətirən hissələrin toplusu başa düşülür. Məsələn: Əməliyyat sistemi
  • Sistemi təşkil edən hissələr isə sistemin elementləri adlanır.
  • Ümumi sistemlər nəzəriyyəsinə görə istənilən gerçək obyektə (əşya və ya hadisəyə) sistem kimi baxmaq olar.

______________________________

İnformasiya sistemi:

İnformasiyanın toplanması, saxlanması və əlçatan olmasını təmin edən sistemlərə informasiya sistemləri deyilir.

İnformasiya sistemləri 5 əsas komponentdən ibarət olur:

  1. Aparat təminatı
  2. Proqram təminatı
  3. Verilənlər
  4. İstifadəçilər
  5. Proses 

İlk 3 komponent informasiya texnologiyaları kateqoriyasını təşkil edir.

__________________________

İnformasiya sistemlərinin komponentləri:

  1. Aparat təminatı (hardware) – bura kompüter və onun hissələri, periferiya qurğuları daxildir;
  2. Proqram təminatı (software) – bu qola proqramlar aiddir;
  3. Verilənlər (data) – kompüterin yaddaşında saxlanılan nə varsa veriləndir. Adətən böyük həcmli verilənlər berilənlər bazasında saxlanılır;
  4. İstifadəçilər (uzers) – sistemdən istifadə edən insanlar;
  5. Proses (process) – hədəfə çatmaq üçün atılmış addımlar ardıcıllığıdır.

4 və 5-ci komponentlərə ətraflı baxaq:

 İstifadəçilərin qrupları:

  1. Təsadüfi istifadəçi – xidməti vəzifəsi ilə bağlı olmadan informasiya sistemi ilə əlaqədə olan istifadəçi;
  2. Son istifadəçi – informasiya sistemi bu şəxslər üçün (onların istifadə etməsi üçün) nəzərdə tutulur;
  3. İnformasiya sistemləri (İS) heyəti – sistemi yaradanlar:

    • Verilənlər bazasının inzibatçısı (database administrator) – bazanın yaradılması, qorunması kimi vacib işləri icra edir;
    • Sistem analitiki (systems analyst) – informasiya sisteminin riyazi modelini qurur;
    • Sistem proqramçısı (systems programmer) – sistem və ya şəbəkə proqramını işləyib hazırlayan mütəxəssis;
    • Tətbiqi proqramçı (applications programmer) – bazada işləyən, sorğuları hazırlayan mütəxəssis.

Prosesin tərkibi:

  • Daxili və ya xarici mənbələrdən informasiyanın daxil edilməsi;
  • Giriş informasiyanın emalı və onun əlverişli şəkildə təqdim olunması;
  • Müştərilərə təqdim edilməsi və ya başqa sistemə ötürülməsi üçün informasiyanın çıxışa verilməsi;
  • Əks-əlaqə - giriş informasiyanın korrektəsi üçün sistemin istifadəçiləri tərəfindən emal edilmiş informasiya



_____________________________

Verilənlər Bazasının İdarəetmə Sistemləri (VBİS):

  • VBİS –lər informasiya sistemlərinin vacib tərkib hissəsidir. Bu sistemlər informasiyanın optimal şəkildə saxlanmasını, yüksəksürətli və effektiv axtarış aparılmasını, filtirləmələri təmin edir.
  • Kiçik informasiya sistemlərində daha çox lokal VBİS-dən istifadə edilir. Böyük həcmə malik informasiya sistemlərində isə çoxistifadəçi rejimini dəstəkləyən müştəri-server arxitekturalı güclü VBİS-dən istifadə edilir.
  • Çox istifadə edilən bəzi VBİS-lər: ORACLE, SQL Server, Informix, Sybase, DB2...


__________________________

CASE proqramlaşdırma mühiti:

CASE (Computer Aided Software Engineering – kompüter dəstəkli proqram mühəndisliyi) – proqramlaşdırma mühiti mürəkkəb kompüter proqramlarının kodlaşdırılması, işlənib hazırlanması, modelləşdirilməsi kimi bütün mərhələlərini əhatə edir. CASE texnologiyalarının yaranmasına qədər mürəkkəb informasiya sistemlərinin yaradılması daha uzun və mürəkkəb proses idi.

__________________________

İnformasiya sistemlərinin təsnifatı:

  • İnformasiya və ölçmə sistemləri – araşdırılan obyekt haqqında məlumatlar xüsusi texnologiyalarla (sensorlar, radiodalğalar və s.) əldə edilir. İstifadə sahələri: kosmiq tədqiqatlar, tibb, seysmologiya...
  • İnformasiya əldəetmə (axtarış) sistemləri – bura elektron lüğətləri, elektron ensklopediyaları, informasiya əldə etmək üçün nəzərdə tutulmuş müxtəlif sistemləri aid etmək olar;
  • Sənədlərin idarəedilməsi (və ya elektron sənəd dövriyyəsi) sistemləri – bu sistemlərdən müəssisələrarası və ya müəssisədaxili yazışmalar zamanı istifadə edilir;
  • Avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD) – müxtəlif obyektlərin modellərinin (sadə alətlər, kosmik gəmilər, təyyarələr, ...) hazırlanması
  • Ekspert sistemlər – hər hansı sahə üzrə biliklər (məlumatlar) bazası bu sistemlərin əsasını təşkil edir. Tibbi diaqnozların qoyulması, uzunmüddətli praqnozların verilməsi üçün bu sistemlərdən istifadə edilir;
  • Avtomatlaşdırılmış idarəetmə sistemləri (və ya Sənayeyə nəzarət sistemləri) – müxtəlif texnoloji proseslərin və ya istehsalın tam şəkildə idarə edilməsinin təmin edən sistemlərdir;
  • Coğrafi informasiya sistemləri – xəritələrin, sxemlərin, fəza verilənlərinin daxil edilməsini, saxlanmasını, əks etdirilməsini təmin edir;
  • Öyrəcidi informasiya sistemləri – elektron dərsliklər, online testlər, öyrədici proqramlar (həmçinin təyyarə və kosmik gəmilərin idarə edilməsinin öyrədilməsi üçün vasitələr) bura daxildir.

___________________________

Coğrafi informasiya sistemləri:

  • Yer səthinin hər hansı hissəsini və ya bu səth üzərindəki obyektləri təsvir edən verilənlərə coğrafi verilənlər və ya fəza verilənləri deyilir.
  • Obyektlərin təsvir edilməsi zamanı müxtəlif atributlar (mətn, ədəd, qrafika, audio, video) istifadə edilir.
  • Coğrafi informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istifadəsinin elmi, texniki, texnoloji, tətbiqi məsələləri ilə məşğul olan sahə geoinformatika adlanır.



Coğrafi informasiya sistemlərində  informasiya qatları:

  • Coğrafi informasiya sistemlərində verilənlər bazası informasiya qatları şəklində təşkil edilir.
  • Goğrafi informasiya sistemlərində təsvir edilən obyektlər 2 kateqoriyaya ayrılır:
    • Kəsilməz obyektlər: relyef, yağıntı səviyyəsi, orta temperatur, ...
    • Diskret obyektlər: evlər, obyektlər, ərazi zonaları, ...
  • Əhatə dairəsinə görə coğrafi sistemlər qlobal, subkontinental, milli, regional, subregional, lokal kimi kateqoriyalara ayrılır.


_________________________________

GPS (Glogal Positioning Sysyem)

  • Yer səthində və ya fəzada obyektlərin yerini, hərəkət sürətini təyin etmək üçün Qlobal Mövqetəyinetmə Sistemindən (GPS) istifadə edilir. Hal hazırda GPS-dən naviqasiya sistemlərində istifadə edilir.
  • GPS kosmik, idarətetmə və istifadəçi olmaqla 3 əsas seqmentdən ibarətdir. Bu sistem peykdən qəbul etdiyi siqnallarla olduğu yerin koordinatlarını  təyin edir.


________________________________

Kadastr

  • Hər hansı obyekt və ya hadisələr haqqında məlumatların (keyfiyyət, kəmiyyət göstəriciləri) saxlanıldığı coğrafi sistemlərə kadastr deyilir.
  • Kadastrların yaradılması zamanı obyektlər üzərində dövri və ardıcıl müşahidələr aparılır.
  • Katastrların növləri: su kadastrı, torpaq kadastrı, iqlim kadasrtı, meşə qadastrı, landşaft kadastrı, mineral resurslar kadastrı, ...

______________________________


QEYD: materialın hazırlanması zamanı əsasən orta məktəb İnformatika dərsliklərindən istifadə edilmişdir.



Hiç yorum yok: