15.08.2020

İNFORMATİKA hazırlığı - Abituriyentlər üçün

İnformatika hazırlığı - Müəllim: Sübhan Musayev




Abituriyent hazırlığı (online)

Dərsin keçirilmə forması: dərslər həftədə 2 dəfə keçirilir. Bu dərslərdən biri ZOOM dərsi, digəri isə sınaq dərsidir. ZOOM dərsində ev tapşırığı müzakirə olunur, şagirdlərin yaza bilmədikləri testlər izah edilir və ev tapşırığı ilə bağlı şagirdlər KAHOOT proqramı vasitəsi ilə test işləyirlər. Dərsin müddəti 1,5 – 2 saat arası olur. Sınaq dərsində isə şagirdlər keçirilmiş mövzularla bağlı test işləyirlər. Sınağın nəticəsi həm şagirdlərin, həm də valideynlərin WhatsApp qrupuna göndərilir. Sınaqlar şənbə günü, saat 21:00-da olur və 2 gün sonra (bazar ertəsi) sınaqda istifadə edilən testlərin video izahı şagirdlərə göndərilir.

Bütün dərs materialları (mövzuların video izahı, konsbektlər, testlər) mənim hazırladığım Udemy kursuna yerləşdirilir. Şagirdlər bu kursu əldə edirlər. Kursun endirimli qiyməti 13 dollardır (təxmini 22-23 manat), ödəniş kart vasitəsi ilə bir dəfə edilir və materiallardan hər zaman istifadə etmək mümkün olur. Bu link vasitəsi ilə Udemy kursu haqqında ətraflı məlumat almaq mümkündür. Əlavə olaraq şagirdlər DİM -in informatika test toplusunu da əldə etməlidirlər.

Valideynlərin öhtəliyi: Sınaqların nəticələrinə nəzarət etmək, şagirdləri daha yaxşı oxumaq üçün həvəsləndirmək. Valideynlər və şagirdlər bilməlidir ki, informatikada mövzuların çoxu riyaziyyat üzərində qurulur. Riyazi bilik aşağı olduqda informatikadan yüksək nəticə əldə etmək çətin olur.

Ödəniş: 50 AZN (bir aylıq proqrama ümumi 8 dərs daxildir. Bu dərslərdən 4-ü ZOOM dərsi, digər 4-ü isə sınaq dərsidir)

VACİB QEYD: oxumaq istəməyən, dərsin gedişini pozan şagirdlər hazırlıqdan çıxarılır.

 

Abituriyent hazırlığı (üzbəüz)

Dərsin keçirilmə forması: dərslər həftədə 2 dəfə keçirilir (hər dərs 1,5 - 2 saat). Mütəmadi olaraq sınaqlar (ayda 2 dəfə, 6-cı gün, saat 21:00-da) keçirilir, sınaqların nəticəsi həm şagirdlərin, həm də valideynlərin WhatsApp qrupuna göndərilir.

Bütün dərs materialları (mövzuların video izahı, konsbektlər, testlər) mənim hazırladığım Udemy kursuna yerləşdirilir. Şagirdlər bu kursu əldə edirlər. Kursun endirimli qiyməti 13 dollardır (təxmini 22-23 manat), ödəniş kart vasitəsi ilə bir dəfə edilir və materiallardan hər zaman istifadə etmək mümkün olur. Bu link vasitəsi ilə Udemy kursu haqqında ətraflı məlumat almaq mümkündür. Əlavə olaraq şagirdlər DİM -in informatika test toplusunu da əldə etməlidirlər.

Valideynlərin öhtəliyi: Sınaqların nəticələrinə nəzarət etmək, şagirdləri daha yaxşı oxumaq üçün həvəsləndirmək. Valideynlər və şagirdlər bilməlidir ki, informatikada mövzuların çoxu riyaziyyat üzərində qurulur. Riyazi bilik aşağı olduqda informatikadan yüksək nəticə əldə etmək çətin olur.

Ünvan: Yasamal ray., H. Cavid 147 (Elmlər akademiyası metrosunun köhnə çıxışı ilə üzbəüz, KoçƏt restoranı olan binanın 2-ci mərtəbəsi))

Ödəniş: 100 AZN (bir aylıq proqrama ümumi 8 dərs və 2 online sınaq daxildir)

VACİB QEYD: oxumaq istəməyən, dərsin gedişini pozan şagirdlər hazırlıqdan çıxarılır.

________________________

Ətraflı məlumat üçün

WhatsApp: 070 867 83 84

Hiç yorum yok:

Yorum Gönder