26.02.2018

MBA (Master of Business Administration) nədir?

Magistraturaya hazırlaşanlar üçün MBA (56 –cı Proqram) haqqında məlumat


MBA (Master of Business Administration) – menecmentdə (idarəetmədə) ixtisas dərəcəsidir. Bu ixtisas dərəcəsini magistraturaya qəbul imtahanı (I mərhələ) zamanı minimal nəticəni göstərən (45 bal) hər hansı bakalavr ixtisasından asılı olmayaraq seçə bilər. Bütün dünyada geniş yayılmış MBA proqramı son illərdə Ölkəmizdə də diqqət mərkəzindədir və hər keçən il bu sahəyə maraq artır.


Bir çox tələbələrin MBA istiqamətini seçməsinin əsas səbəbi, öz ixtisaslarından başqa, əlavə ixtisasa da yiyələnmək istəyidir. Belə ki, MBA ixtisas dərəcəsi biznesin bir sıra sahələrində işləmək üçün (marketinq, maliyyə, menecment və s.) güclü bir silah sayılır.
MBA istiqamətində Azərbaycan və İngilis dillərində təhsil ala bilərsiniz.

MBA üzrə təhsil almaq istəyən tələbələr birinci mərhələdə digər bakalavrlarla birgə Məntiq, İnformatika və Xarici dildən imtahan verməlidir. İkinci mərhələdə isə suallar Riyaziyyat və GMAT (Graduate Management Admission Test) üzrə olacaq. GMAT sualları verilənlərin təhlili və kafiliyinin müəyyən edilməsi, şərtlərin yetərli olub olmamasının müəyyən olunması üzərində qurulur.

Aşağıdakı VİDEODAN da MBA haqqında məlumat ala bilərsiniz:




MBA Qəbul Proqramı, İxtisaslar və Universitetlər


Magistraturanın ikinci mərhələsində MBA (Master of Business Administration) istiqaməti seçən bakalavrlar üçün QƏBUL PROQRAMI (56-cı proqram):

1. Riyaziyyat
1.1. Natural ədədlər
1.2. Adi və Onluq kəsrlər
1.3. Həqiqi ədədlər
1.4. Nisbət. Tənasüb. Faiz
1.5. Tam cəbri ifadələr. Rasional kəsrlər
1.6. Kvadrat köklər. Rasional üstü qüvvət
1.7. Birdəyişənli tənliklər və tənlik qurmaqla məsələ həlli
1.8. Tənliklər sistemi
1.9. Bərabərsizliklər
1.10. Ədədi ardıcıllıqlar. Silsilələr
1.11. Funksiyalar və qrafiklər
1.12. Funksiyanın törəməsi və onun tətbiqi
1.13. Çoxluqlar. Kombinatorika və ehtimal nəzəriyyəsinin elementləri


1.14. Ən sadə həndəsi fiqurlar
1.15. Koordinatlar üsulu
1.16. Vektorlar
1.17. Çevrə və dairə
1.18. Üçbucaqlar
1.19. Düzbucaqlı və çoxbucaqlılar
1.20. Fiqurların sahəsi
1.21. Fəza fiqurları. Onların səthi və həcmi

2. Verilənlərin təhlili və kafiliyi (GMAT - Graduate Management Admission Test )
2.1. Şərtlərin təhlili və məsələnin həlli üçün gərəkli şərtlərin seçilməsi
2.2. Ədədi, qrafiki və cədvəl formasında verilənlərin təhlili


MBA üzrə təhsil verən Universitetlər əsasən aşağıdakılardır:

- Azərbaycan Dövlət İqdisad Universiteti
- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
- Mühəndislik Universiteti
- Xəzər Universiteti
- Odlar Yurdu Universiteti
- Azərbaycan Universiteti
- Qərb Universiteti
- Bakı Biznes Universiteti
- Sumqayıt Dövlət Universiteti
- Gəncə şəhər Aqrar Universiteti


MBA Təhsili almaq istəyənlər üçün aşağıdakı ixtisaslar nəzərdə tutulub:

- Dünya İqtisadiyyatı
- Mühasibat uçotu və Audit
- Maliyyə
- İqtisadiyyat
- Menecment
- Marketinq
- Biznesin idarə edilməsi
- Dövlət və Bələdiyyə idarəetməsi
- İnfornasiya texnologiyaları və sistemləri mühəndisliyi


Qeyd edim ki, MBA üzrə ixtisasların siyahısı və Universitetlərin sayı bu il üçün dəyişə bilər, yuxarıda qeyd edilənlər keçən ilki məlumatlardır (DİM MAGİSTR jurnalı № 3, 2017 –ci il).

MBA istiqamətini seçmək istəyən bakalavrlar I mərhələdən ən azı 45 bal ( məntiq minimal - 15, informatika - 5, xarici dil - 5 bal olmaqla), II mərhələdən isə 20 bal toplamalıdır. Ümumilikdə minimal keçid balı 65 olsa da, ixtisaslar üzrə keçid balları cari il üçün müsabiqə şərtlərindən asılı olaraq dəyişir.

İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi üçün I mərhələ keçid balı isə 40 –dır.



Ümid edirəm yazı Sizin üçün yararlı olacaq. Hər birinizə uğurlar...

Sübhan Musayev


Hiç yorum yok:

Yorum Gönder